Rəşad Sadıqov: "Qarabağın qələbəsi bizə motivasiya ola bilər "
14.08.2024 - 18:10
Rəşad Sadıqov: "Qarabağın qələbəsi bizə motivasiya ola bilər "

Sabah UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Zirə" Xorvatiyanın "Osiyek" klubunu qəbul edəcək.

Apasport.az xəbər verir ki, görüşdən əvvəl keçirilmiş mətbuat konfransında təmsilçimizin baş məşqçisi Rəşad Sadıqov və jurnalistlərin suallarını cavablandırıb:

- Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabah "Sabah"a və bizə uğurlar arzulayıram. ALlah qoysa, hər iki komanda keçər mərhələni. İlk olaraq futbolumuzda, üç klub pley-off-da oynayrıq. Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli oyuna çıxacaq. Hamımız oyunu yaxşı dərk edirik. Gərgin oyun olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. Hər iki komandanın yetərincə usta, ambissiyalı futbolçular var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq zaman göstərəcək .Məyis edən tərəf çmeydançanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da öz üzərimizdə hiss etmişdik. Mətbuat konfransından əvvəl meydançaya baxdım. Bir az pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər hər iki komanda üçün eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun.

- "Qarabağ"ın oyununa kollektiv şəkildə baxdız? Bu möhtəşəm qələbə "Zirə"yə necə təsir edəcək?

- Əgər toplanışdayıqsa, hamımız birlikdə baxırıq. Deyilsə, hərə sərbəstdir. Dünən bizdə istirahət günü idi. Motivasiya o ola bilər ki, Azərbaycan çempionu Bolqarıstan çempionu "Ludoqorets" kimi güclü rəqib üzərində möhtəşəm qələbə qazanırsa, bizim oyunçulara da motivasiya ola bilər. Ki, çempionatımızın klubu bu cür rəqibi üstələyir. Xırda detallar da əlavə motivasiya ola bilər.

- Çempionatda və avrokuboklarda yaxşı irəliləyirsiz. Bu mövsüm qarşısınıza hansı hədəfi qoymusuz ki, bu qədər uğurlu irəliləyirsiz?

- Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndir. Klub olaraq qarşımıza ən azından bir mərəhələ keçmək hədəf qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. İki, ya üç mərhələ keçəcəyik nəticəyə baxacağıq. İndi yalnız sabahkı oyunu düşünürük. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. "Dinamo"ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yxodur. Amma yeni sezonda da avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas komanda "Qarabağ"dır. "Neftçi" və "Sabah" da onlara rəqibdir. Əsas 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. "Sabah" da iddiasını ortaya qoyub. "Turan Tovuz" da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, 6-cı yer də. Klublara arasında fərq gözləmirəm.

- Mərhələ keçsəz, transfer olacaq?

- Hazırda bu haqda danışmaq istəmirəm. Aktual məsələ sabahkı oyundur. Nə oyunçulara baxırıq, nə başqa şeyə.

- "Şerif"i məğlub etdiz, amma mərhələ keçə bilmədiz. İndi də münasib nəticə var. Daxildə narahatlıq var ki, arxayınlaşma ola bilər?

- "Şerif"lə və "DAK 1904" klubları ilə oyunlardan sonra narahatlıq var idi. Amma indi yoxdur. Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. "Osiyek"lə görüşdə də çox diqqətli olmalıyıq. Biz onların səhvlərindən istifadə edə bilərik, onlar da bizim. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, futbolçular da bilir ki, bizi necə oyun gözləyir. 

- Salifu Sumanın psixoloji durumu necədir?

- Heyətlə bağlı danışa bilməyəcəm. Bu da bizim üçün önəmlidir. Əlimizdə geniş heyət var. İlk dəqiqədən də başlaya bilər, sonradan da oyuna başlaya bilər. Sabah çalışacağıq ki, sonradan dəyişiklər də effektli alınsın. Ən ağır yük bəlkə də bizdədir.

- "Osiyek"ə qarşı ağır oyun oynadız, daha sonra "Sabah"la matçda ağır oyun keçirdiz. İki ağır oyundan sonra oyunçuların hazırkı durumu sizi qane edə bilib?

- "Sabah"la oyundan sonra yüngül bərpa məşq oldu. Dünən də istirahət etdik. Yaxşı istirahət lazım idi onlara.Ki, oyun günü gümrah olsunlar. Bir gün vaxtımız var. Hazırıq. Bu gün dəqiq biləcəm ki, hansı durumdadırlar. İnanıram ki, sabah ən yaxşı vəziyyətdə olacaqlar.

- İlk oyundan sonra rəqibi yenidən analiz etmisiz?

Üzbəüz qarşılaşanda fərqli detallar gördük. 4-5 oyunu analiz edəndə onları görə bilməmişdik. Üzərində işləmişik. Çalışacağıq ki, sabah həyata keçirək. Necə olacaq baxacağıq.

- "Neftçi Arena"nın da durumu yaxşı deil. Klub rəhbərləri bu qədər sərmayə qoyurlar. Bunun günahkarı kimdir ki, meydançaların vəziyyəti niyə belədir? Onlardan hesabat tələb edirsiz?

- Təəssüflər olsun ki, ev oyunlarını öz meydançamızda qəbul etmirik. Mən "Qarabağ"da oynayanda bundan şəraiti zəif olan stadionlarda oynamağa imkan verirdilər. Çox istəyərdik ki, Zirədə oynayaq. Bura bizim öz meydançamız deyil, kirayə deyil, çox şey tələb edə bilmirik. Amma stadion rəhbərliyi nəzarə almalıdır ki, burada avrokubok oyunu olacaq. Stadion yüklənməməkdiir. "Şerif"lə oyunda da rəqib təzyiq edəndə, meydanın vəziyyəti imkan vermirdi ki, pressinqdən çıxaq. Bu stadionda texnikalı oynaamq çətindir. Görək də, sabah necə olacaq. Çox məyusedici amildir. Bu qədər vəsait ayrılıb, niyə meydançalarımın vəziyyəti belədir, bilmirəm. Səfərdəki oyunlara baxın, komadnamız daha inamlı, daha texnikalı oynayırdıq. O da meydança amili ilə bağlı idi. Rəqiblərin meydançaları ideal idi. Amma evdə tam əksini görürük. Ümid edirəm ki, meydança sabah bizə hansısa maneə yaratmayacaq.

Mətbuat konfransına Rəşad Sadıqovla birgə çıxan Pyer Zebli də ona ünvanlanan sualları cavablandırıb:

- Çətin oyun olacağını bilirik. Vacib matçdır. Məşqçimizin tapşırıqlarını yerinə yetirsək, oyunun gedişini asanlaşdıra bilərik. Yalnız qələbəyə köklənmişik.

- Səfərdəki heç-heçəni bizim üçün üstünlük saymaq olar? "Osiyek"in xeyrinə işləyə biləcək amillər hansılardır?

- Osiyek" yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Ev oyunu olması bizim üçün əlavə üstünlükdür. Yalnız qələbəyə köklənmişik.

 

writer photo
Əlirza Əlirzalı
0