“Oyun çətin başladı. İlk dəqiqələrdə qapımızda qol gördük”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
41 yaşlı mütəxəssis Misli Premyer Liqasının XIX turunun “Sumqayıt”la matçı barədə fikirlərini açıqlayıb. O, “CBC Sport”a açıqlamasında 3:1 hesablı əzmkar qələbəyə şərh verib: “Futbolçular nizam-intizamı pozmadılar. Amma sürət və dəqiqlik çatmırdı. İkinci hissədə sürəti artırdılar. Hər oyunçu özünü yaxşı tərəfdən göstərirdi. Transferi ilboyu təhlil etməlisən. Bu gün bir keçidi rəsmiləşdirdik. Birini də sabah rəsmiləşdirə bilərik. Ümumilikdə heyətə 3-4 oyunçu qatmağımız mümkündür. Andelkoviçlə bağlı ətraflı açıqlama verməyəcəm. Ölkəsində baş verən problemlər onun ailəsinə, özünə psixoloji pis təsir edirdi”.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Zirə” 4-cü, “Sumqayıt” 12 xalla 9-cu yerdə qərarlaşıb.