RFS “Sabah”a rəqib olmağa yaxındı
13.07.2023 - 21:49
RFS “Sabah”a rəqib olmağa yaxındı

“Sabah”ın UEFA Konfrans Liqasındakı potensial rəqibləri ilk oyunda üz-üzə gəliblər.

Apasport.az saytı xəbər verir ki, “Makedoni GP” – RFS matçında qonaqlar qələbə qazanıblar. Şimali Makedoniyada keçirilən ilk qarşılaşmanın taleyini bir qol həll edib. Latviya təmsilçisinin heyətində Andrey İliç fərqlənib. Serbiyalı futbolçu 34-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, cavab matçı bir həftə sonra Latviyada keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0