Riçard Almeydadan 60-cı qol
23.05.2023 - 11:18
Riçard Almeydadan 60-cı qol

Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, Braziliya əsilli yarımmüdafiəçi Misli Premyer Liqasının XXXV turunda fərqlənib. 

O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Riçard Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Qeyd edək ki, Almeyda “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0