Bu gün Azərbaycan Premyer Liqasının V turunda "Şamaxı" "Neftçi" ilə qolsuz bərabərliyə sevinib.
Apasport.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Nəticə bəllidir. Oyundan necə, razı qaldınız?
- Təsdiqləyirəm ki, nəticədən narazı qaldım. Amma bizim yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam inteqrasiya olmayıblar. Bu cəhətdən axsamalarımız var.
- Əvvəlki 4 oyunla müqayisədə bu gün müsbətə doğru hansı elementləri sezdiniz və bu oyun azarkeşlərə nə ümid verə bilər?
- Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Ancaq onları vurmağa layiq deyildik.
- Beş oyuna cəmi iki qol vurmusuz. Bu haqda nə deyəcəksiz?
- Bu gün çoxlu qollar vura bilərdik. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi.
- Milli komandanın oyunlarına görə fasilə yaranacaq. Bu barədə fikriniz necədir?
- Bizim üçün bu fasilə çox vacibdir. Komandamızın daha da yaxşı komplektləşməsi üçün belədir. Obyektiv səbəblərə görə tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. Bunların üzərində işləmək istəyirik. İstəyirik ki, komandamız daha da sərt şəkildə hücumlar yaratsın. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik.
- Avropada adətən görmüşük ki, növbəti mövsümün hazırlığı, heyətin komplektləşməsi daha erkən baş verir. “Neftçi”də isə mövsüm başlayıb, yeni-yeni transferlər gəlir, adaptasiya gedir. Bunları yayda yekunlaşdırıb, yay toplanışınıza tam heyətlə getməyinizə nə mane olur?
- İndiki heyətlə biz toplanışına öncədən başlasaydıq, indi 300 faiz daha da yaxşı oynayardıq, daha yaxşı çıxış edərdik. Amma bəzi səbəblər var ki, bilirik , bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq, düzgün yanaşmadayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də komanda ilə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir.
- Bu fasilədə daha da yaxşı olacağıq. Amma hansı səviyyədə olacağıq, bunu deməyə çətinlik çəkirik.
- Gəlin, emosional yanaşmayaq. Heç kimə çağırış etmirəm. Sadəcə özümü deyirəm, emosional yanaşmıram. Gördüyüm şeylər mənə daha da güclü olmağa kömək edir. Qarşıdakı günlərdə daha da yaxşı, daha da keyfiyyətli olacaq.