“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradov Apasport.az saytına müsahibəsi
- "Qəbələ" son turda "Səbail"ə qalib gəlməyi bacarmışdı. Ümumiyyətlə, üç görüşdə onları məğlub etməyiniz sizə hər hansı əlavə motivasiya verirmi?
- Özünüz də bilirsiz ki, bir komanda ilə ardıcıl oyunlar keçirmək çox çətindir. Ancaq şükürlər olsun ki, layiqli şəkildə qələbə qazana bildik. Əlavə motivasiyamız da, qalan dörd oyunda maksimum xallar qazanmaqdır. İnanırıq ki, bunun öhdəsindən gələ biləcəyik.
- Sabah isə rəqibiniz "Qarabağ"dır. Rəqibin son turda Azərbaycan derbisində 4:2 hesabı ilə asan qalibiyyət əldə etməsi sizi qorxutmur?
- “Qarabağ”ın təqdimata ehtiyacı yoxdur. Bu komandanın gücü hər kəsə bəllidir. Bizi çətin və ağır səfər oyunu gözləyir. Oyuna ciddi şəkildə hazırlaşırıq. Yaxşı, gözəl oyun olacağına ümid edirəm.
- Yeri gəlmişkən, "Qəbələ" bu mövsüm "Qarabağ”ı ölkə kubokundan uzaqlaşdırmışdı. Səncə, onlar sizinlə oyuna revanş hissi ilə çıxacaq?
- Ağır oyun olacağını bilirik. Biz də matça komanda şəklində yaxşı hazırlaşmışıq. Sona qədər mübarizə aparıb xal və ya xallar qazanmağa çalışacağıq. Ümidvaram ki, hər şey bizim istədiyimiz kimi alınacaq.
- “Qəbələ” hazırda dördüncü pillədə qərarlaşıb. Səncə, bu pillədə yerinizi sona qədər qoruyub-saxlaya biləcəksiz, yoxsa sizin üçün çətinlik yaradan nəsə var?
- “Zirə” “Şamaxı” ilə matçda qələbə qazanmağı bacardı. Hazırda "Zirə" ilə aramızda cəmi üç xallıq fərq var. Ona görə də, rahatlaşmaq, arxayınlaşmaq olmaz. Qarşıdakı dörd oyunda qələbə qazanmaq lazımdır. Çətin olsa belə, mən komandamıza inanıram.
- Bayaq qeyd etdiyin kimi, "Zirə" dünən "Şamaxı"ya qalib gələrək sizə üç xal da yaxınlaşdı. Bu mənada, yəqin ki, "Qarabağ"la matçda ən azından bir xal da sizin üçün göydəndüşmə olacaq?
- “Qarabağ”la görüşdə üç xal qazansaq, daha gözəl olardı. Ümid edirəm ki, səfərdən sərfəli nəticə ilə qayıdarıq. “Qarabağ” çempionatın favorit komandasıdır. Onlar çempionluğun bir addımlığındadır. Hər halda, çətin oyun olacağı dərhal bilinir.
- Ölkə kubokunun final görüşündə də qüvvənizi sınayacaqsız. Necə düşünürsən, "Neftçi"ni elə öz meydançasında məğlub etmək mümkün olacaq? Səncə, matçın "Bakcell Arena"da keçirilməsi sizin üçün mənfi hal deyil?
- Xeyr, final matçının “Bakcell Arena”da keçirilməsinin mənfi hal olduğunu deməzdim. Biz də, bizi sevən, bizə dəstək olanları stadionda gözləyəcəyik.
- Son vaxtlar start heyətində deyil, daha çox sonradan meydana daxil olursan. Əsas heyətdəki yerini itirmisən? Bu amil mövsümün sonunda "Qəbələ"dən ayrılıb-ayrılmamaq qərarına təsir edəcək?
- Heyətdə kimin oynayacağına aş məşqçi qərar verir. Qərarına da, hörmətlə yanaşıram. Mənim işim meydandadır. Nə qədər şans qazansam, maksimumu edəcəm. Mövsümün sonuna az qalıb. Bu barədə hələ düşünmürəm. Təkliflərim var, ancaq mövsümün sonunu gözləmək lazımdır.