Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqladı
24.10.2022 - 11:58
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqladı

“Sabah”da işləyəndə Rusiya Premyer Liqasının 5 klubundan təklif almışam”.

Apasport.az saytının məlumatına görə, “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis “sports.ru”ya müsahibəsində Azərbaycanda olduğu müddətdə Rusiyaya qayıtmaq variantları olduğunu etiraf edib: “Rusiyadan gələn təkliflər çox yaxşı idi. Buradakı maaşdan 40 faiz çox idi. Onlar ilk “beşlik” komandaları deyildi. Mən isə hər şeyi atıb gedə bilməzdim”.

Murad Musayev “Sabah” gəlməzdən əvvəl Avropanın bir neçə klubundan, hətta Ermənistandan da təkliflər aldığını gizlətməyib. Lakin 39 yaşlı çalışdırıcı Azərbaycanı üstün tutduğunu deyib: “Sabah”dan Avropadan təkliflərim var idi. Sadəcə, imtina etdim. Məsələn, “Ferensvaroş”un prezidenti ilə görüşdüm. Sonra fərqli seçim etdilər, amma yenə də zəng edib bəzi futbolçularla bağlı mənimlə məsləhətləşdilər. Həmçinin Ermənistanın iki klubundan zəng etdilər, birbaşa təkliflər idi. Danışdıq, amma maraqlanmadım. Slovakiyada maraqlı variant var idi, o da alınmadı”.

Qeyd edək ki, “Sabah” hazırda Misli Premyer Liqasında 28 xalla ikinci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0