"Sabah" "Çukariçki"yə qarşı
10.07.2024 - 13:00
"Sabah" "Çukariçki"yə qarşı

"Sabah" Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Apasport.az xəbər verir ki, "bayquşlar" bu gün hazırlıq çərçivəsində ikinci oyununa çıxacaq. Rəqib Serbiya klubu "Çukariçki"dir. 

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da "Sports park Radomlje"də start götürəcək. 

Xatırladaq ki, paytaxt təmsilçisi hazırlıq çərçivəsində keçirdiyi ilk oyunda "Koper"i 1:0 hesabı ilə məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0