“Sabah” fərqi dördə endirdi
05.05.2023 - 20:34
“Sabah” fərqi dördə endirdi

Bu gün Misli Premyer Liqasının XXXIII turuna start verilib.

Apasport.az saytı xəbər verir ki, turun açılış matçında “Kəpəz” öz meydanında böyük hesabla uduzub.

Çempionluq uğrunda mübarizə “Sabah” Qəbələ şəhərində “Kəpəz”in qonağı olub. Erkən qol vuran qonaq komanda fasiləyə iki top üstünlüklə yollana bilib. Paytaxt təmsilçisi Davit Volkovun qolu ilə 3:0 heasblı qələbəni rəsmiləşdirib.

Bu qələbədən sonra “Sabah” “Qarabağ”la aradakı xal fərqini 4-ə endirib. Son çempion mayın 8-də “Qəbələ”ni qəbul edəcək.

Misli Premyer Liqası
XXXIII tur
5 may (cümə)
18:00 “Kəpəz” – “Sabah” – 0:3
Qollar:
Aleksey Kaşuk, 4. Emmanuel Apeh, 16. Davit Volkov, 83
Baş hakim: Rəşad Əhmədov
“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu. 
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
“Sabah”: 94. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Məşqçi: Artur Olenin
Qəbələ şəhər stadionu

writer photo
Əlirza Əlirzalı
0