“Sabah” hücumçusunu əldən buraxmaq istəmir
13.11.2023 - 22:13
“Sabah” hücumçusunu əldən buraxmaq istəmir

“Sabah” aparıcı futbolçularını komandada saxlamaq istəyir.

Apasport.az saytına verilən məlumata görə, Masazır klubu hücumçusu Davit Volkova yeni müqavilə təklif edib.

Belə ki, “Sabah” onun müqavilə müddətini artırmaq niyyətindədir. 28 yaşlı hücumçunun da “Sabah”da qalmağa isti baxdığı iddia edilir. Gürcü forvardın Azərbaycan klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. 

Qeyd edək ki, Gürcüstan millisinin üzvü “Qaqra”, “Dinamo”(Tbilisi), “Sioni”, “Çixura”, “Zemun”, “Saburtalo”da oynadıqdan sonra “Qəbələ”yə keçib. Sonradan “Zirə” ilə anlaşmış Volkov, 2022-ci ildə “Sabah”la anlaşıb.

writer photo
Əlirza Əlirzalı
0