İspaniyanın paytaxtı Madriddə "MadCup" beynəlxalq turnirində çıxış edən “Sabah”ın U-10 komandası növbəti oyunlarını keçirib.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi qrup mərhələsində son matçında Madrid "Atletiko"suna məğlub olub (2:8).
Oyunda qolları Ömər Şirəliyev və Nihad Həsənov vurublar.
"Sabah" U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, "Bürünc Liqa"da mübarizə aparmaq şansı qazanıb.
"Bürünc Liqa"nın 1/8 finalında Avstraliyanın "Vilyarreal" (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. Matçda Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev fərqləniblər.
"Sabah" 1/4 finalda İspaniyanın "Avila Atletiko" komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla komandamızın xeyrinə başa çatıb. Bakı klubunun qollarımı Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı vurublar.
Yarımfinalda isə İspaniyanın "Fundacion" klubunu 5:1 hesabıyla məğlub edən "Sabah" finala vəsiqə qazanıb. Bu dəfə Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və Ömər Şirəliyev fərqləniblər.