"Sabah" - “Sent Patriks Atletik” matçına 5500 bilet satılıb
15.08.2024 - 12:57
"Sabah" - “Sent Patriks Atletik” matçına 5500 bilet satılıb

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın İrlandiya təmsilçisi “Sent Patriks Atletik”lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 5500 bilet satılıb.

Komandanın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 8700 azarkeş tutumuna malikdir.

“Sabah” – “Sent Patriks Atletik” matçı bu gün, saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0