“Sabah”da “100”ə çatdı
26.10.2023 - 15:37
“Sabah”da “100”ə çatdı

“Sumqayıt” – “Sabah” görüşü millimizin futbolçusu Aleksey İsayev üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yarımmüdafiəçi “Sabah”ın heyətində 100-cü oyununa çıxıb. O, forma geydiyi 100 oyunda 11 qol vurub.

Qeyd edək ki, “Sumqayıt”la səfərdə baş tutan görüş “Sabah”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0