"Sabah"ın oyununa biletlər satışa çıxarılır
12.07.2024 - 12:17
"Sabah"ın oyununa biletlər satışa çıxarılır

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah” İsrailin “Makkabi Hayfa” klubu ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, Bakıda keçiriləcək cavab oyununun biletləri bu gün satışa çıxacaq. Bu barədə məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.

“Sabah”ın ev oyununu stadiondan canlı izləmək istəyən azarkeşlər bu gün 19:00-dan etibarən biletləri onlayn şəkildə əldə edə bilərlər.

Xatırladaq ki, cütün ilk oyunu iyulun 25-də  Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda oynanılacaq.  
 

writer photo
Əlirza Əlirzalı
0