“Qarabağ” Polşa çempionunu hər cəhətdən ikiqat üstələdi, xüsusən də, oyun mədəniyyətində”.
Apasport.az saytının məlumatına görə, bunu “Vidzev”in keçmiş sahibi Andrjey Qrayevski “Lex”in Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a Bakıda 1:5 hesablı məğlubiyyətinə münasibət bildirərkən deyib.
Futbol funksioneri Polşa futbolunda işlərin düzgün qurulmamasından gileylənib: “Lex”in heyətində keyfiyyətsiz oyunçu sayı çoxdur. Bizim klublar transferlərə azərbaycanlılardan heç də az pul xərcləmir. Belə çıxır ki, biz əcnəbiləri ya düzgün axtarmırıq, ya da pis hazırlayırıq. Burada uğursuz skaut fəaliyyətini vurğulamaq olar. Azərbaycanlıların Cənubi Amerikadan qiymətli “daşqaş” tapmaq səriştəsi var”.
Andrjey Qrayevski böyükhesablı məğlubiyyətə görə, Poznan klubunun rəhbərliyini və baş məşqçisini qınayıb: “Böyük ulduz olduğu deyilən Afonso Sousa on yarasa kimi görünən “Qarabağ” qladiatorlarının heç yarısı deyil. Giorgi Tsitaişvili də Bakıda meydanda olduğu 20 dəqiqə ərzində topa cəmi bir dəfə sahib oldu, onda da dərhal itirdi. Qapıçı Filip Bednarek rəqibin heç bir zərbəsinə düzgün reaksiya göstərməyən Artur Rudkodan iki dəfə güclüdür. Matçın 67-ci dəqiqəsindən etibarən isə “Lex” futbolçularının gücü tamam tükəndi. “Lex”in baş məşqçisi qədər rəhbərliyi də günahkardır. Çünki komandanı tanımayan, Polşa futbolunun reallıqları haqda heç bir fikri olmayan niderlandlını elə vaxt gətirdilər ki, onun vaxtı yox idi. Eşitdiyimə görə, Con van den Brom da “Feliks Maqat rejimi” tətbiq edir, futbolçuları məşqlərdə taqətdən salır. “Lex” mövsümün gedişində bəlkə yaxşı nəticələr qazandı. Ancaq “Qarabağ”la matçın 70-ci dəqiqəsi olmamış enerjiləri qalmamışdı”.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə 5:2 hesablı (0:1, 5:1) qələbə qazanan “Qarabağ” II təsnifat mərhələsində “Sürix”ə (İsveçrə) rəqib olub. “Lex” isə Konfrans Liqasına yuvarlanıb.