Sabiq "Yuventus"lu 3-cü liqa klubunda
18.01.2024 - 16:41
Sabiq "Yuventus"lu 3-cü liqa klubunda

“Kataniya” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub 30 yaşlı yarımmüdafiəçi Stefano Sturaro ilə müqavilə imzaladıqlarını açıqlayıb.

Vaxtilə “Yuventus” və “Sportinq”in şərəfini qorumuş orta xətt oyunçusunun son klubu “Karagümrük” olub. O, bu komandada 12 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, “Qırmızı-göylər” C Seriyasında alt qrupda 11-ci yerdə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0