Şahmatçımızdan bürünc medal
27.10.2023 - 17:28
Şahmatçımızdan bürünc medal

Şahmat üzrə dünya çempionatında mükafatçılar bəlli olub.

Apasport.az xəbər verir ki, 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyində Azərbaycan təmsilçisi də medal qazanıb.

Şahmatçımız Xaqan Əhməd 3-cü yeri tutub. O, 12 yaşadək şahmatçıların mübarizəsində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarış Misirdə keçirilir.

writer photo
Əlirza Əlirzalı
0