“Qarabağ” və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədə izləyicilərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, qapıçı instaqram hesabında “mənə sual ver” bölümünü açaraq ona göndərilən sualları cavabsız qoymayıb.
- Futbolçu olmasaydın kim olardın?
- Yəqin ki, yanğınsöndürən.
- “Qarabağ”da ən yaddaqalan anın, karyeranın ən maraqlı matçı hansıdır?
- “Qarabağ”da ən yaddaqalan an səfərdə “Legiya” üzərində qazanılan qələbədir. Karyeramda isə ən maraqlı görüş Portuqaliya yığmasına qarşıdır.
- Səncə, ən yaxşı qolkiper kimdir?
- Canluici Buffon.
- Xaşı sevirsən?
- Bəli, qışda bir dəfə yemək olar.
- Beş ildən sonra özünüzü harada görürsüz?
- Beş ildən sonra nə olacağını yalnız Allah bilir. Amma sağlamlıq imkan verərsə, karyerama davam etmək istəyirəm.
- Yerli oyunçulardan ən güclü kimi hesab edirsən?
- Onların sayı çoxdur. Hansısa birini fərqləndirə bilmərəm. Amma onlardan biri Emil Balayevdir.
- “Qarabağ”da ən maraqlı oyunun hansıdır?
- Hər oyun mənim üçün maraqlıdır.
- Komandada sənə ən yaxın insan kimdir?
- Elxan Həsənov.
- Azərbaycan mətbəxində ən çox sevdiyin yemək?
- Kabab.
- Qapıçı olmasaydın, hansı mövqedə oynayardın?
- Hücumçu.
Karyeranı bitirdikdən sonra baş məşqçi olmaq istəyərdin?
- Bunu zaman göstərəcək.
- Bəzi insanlar var ki, səni tənqid edirlər. Onlara münasibətin necədir?
- Tənqidlərin olması normaldır. Bəzən düzgün nəticə çıxarmasına belə yardımçı olur.
- Azərbaycan millisində oynamaq necə hissdir?
- Qürurverici.