“Bu şəhərə çox güclü rəqiblə oynamaq üçün gəlmişik”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransında deyib.
Milli komandamızın qolkiperi fikrini bu sözlərlə davam etdirib: “Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin yaxşı azarkeşləri var. Güclü rəqiblə qarşılaşacağıq”.
28 yaşlı qapıçı Yunanıstandakı matçda çılğın fanatlar önündə oynamağın onlara əlavə güc verəcəyinə inanır: “Uşaq vaxtı futbol oynamağa başlayandan belə stadionda, atmosferdə oynamaq arzum olub. Bu cür arenada oynamaq komandamıza motivasiya və əlavə zövq verəcək”.
Qeyd edək ki, sabah Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.