Şahruddin Türkiyədən ayrılır
26.02.2024 - 21:48
Şahruddin Türkiyədən ayrılır

Azərbaycan millisinin və “Adana Demirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev mövsümün sonuda komandanı tərk edə bilər.

Apasport.az saytına verilən məlumata görə, klubda həm maliyyə problemləri yaranıb, həm də futbolçuya olan maraqlar az deyil.

Belə ki, Rusiya Premyer Liqasında yarışan “Rubin” Şahruddin üçün hərəkətə keçib. Kazan təmsilçisi mövsümün sonunda Məhəmmədəliyevlə 2 illik müqavilə imzalamağı planlaşdırır.

29 yaşlı qapıçının “Adana Demirspor”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0