“Şamaxı” futbolçusu ilə müqaviləyə xitam verdi
22.10.2022 - 15:36
“Şamaxı” futbolçusu ilə müqaviləyə xitam verdi

“Şamaxı” klubunda ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Pərviz Azadovla yollar ayrılıb. 22 yaşlı orta sahə oyunçusu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Şamaxı” Misli Premyer Liqasının ilk 10 turundan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0