“Şamaxı”da adsız futbolçuya görə 3 min manat cəza
14.10.2022 - 14:48
“Şamaxı”da adsız futbolçuya görə 3 min manat cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının IX turunun matçlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.

“Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib. Qəbələ təmsilçisinin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu üzündən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib. “Qəbələ” 1600 manat ziyana düşüb.

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bakılılar 1600 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.

“Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Şamaxı təmsilçisi 3000 manat cərimələnib.

writer photo
Əlirza Əlirzalı
0