"Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var
31.05.2024 - 16:21
"Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şamaxı”da baş məşqçi dəyişikliyi baş tuta bilər. 

Apasport.az saytına verilən məlumata görə, klubun rəhbərliyi baş məşqçi məsələsi ilə bağlı yaxın günlərdə qəti qərarını verəcək.

Hazırda komandanın baş məşqçisi olan və “Şamaxı”nı yüksək liqaya çıxaran Ramiz Məmmədovla müqavilə müddətinin artırılıb-artırılmayacağı hələ ki, naməlum olaraq qalıb.

Rəhbərliyin baş məşqçi namizədi üçün siyahısında 3 yerli mütəxəssisin adı var.

writer photo
Əlirza Əlirzalı
0