Uoker üçün 15 milyon
22.07.2023 - 17:28
Uoker üçün 15 milyon

“Mançester Siti”nin futbolçusu Kayl Uoker “Bavariya”ya keçə bilər.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu müdafiəçi ilə bağlı danışıqlar aparacaq.

Tərəflər arasında görüş Yaponiyada baş tutacaq. Münhenlilər 33 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edəcək. Transferin 15 milyon avroya reallaşacağı gözlənilir.

Qeyd edək ki, Uoker 2017-ci ildə Mançester təmsilçisinə keçib.
 

writer photo
Əlirza Əlirzalı
0