Samir Abbasov: “Bu oyun bizim üçün dərs olmalıdır” - MÜSAHİBƏ
25.10.2023 - 21:46
Samir Abbasov: “Bu oyun bizim üçün dərs olmalıdır” - MÜSAHİBƏ

- Azarkeşlərə təşəkkür edirəm. Bu qələbədə onların da payı var. Onlara halaldı. Ötən oyunu təhlil etmişdik. Matç bitən kimi oyunçular həddindən artıq qəzəbli idilər. Düşünürdüm ki, 1-2 saat sonra oynasaydıq, udardıq. Futbolçular məğlubiyyətə görə çox məyus olmuşdu. Təhlillər apardıq, uşaqlar özləri hazırlaşdılar, bizim demək olar, əməyimiz olmadı. Ötən il qollar vurmurduq, bu il vururuq. Keçən il bu cür komandalarla matçlarda əziyyət çəkmirdik, gələn 4-5 dənə vururdu. İndi qələbə qazandıq. Getdikcə, 60-70 dəqiqə tempi saxlaya bilirik. Daha da yaxşı olacağımıza inanıram. Qazandığımız 14 xal birinci dövrəyə görə bacaracağımız yaxşı şeydir. Bizim kimi komandaya görə müsbət haldır. Daha da artıra bilsək, möhkəm komandaya çevrilə biləcəyik.

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasında “Sabah”ı 1:0 hesabı ilə məğlub edən “Saumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.

- Ötən oyunda da eyni senari idi. Lakin bu dəfə üstünlüyünüzü qələbə qazandız. Fasilədə uşaqlara nə dediz?
- Ötən oyunu xatırladıq. Bu gün hesab daha fərqli ola bilərdi. Qələbə üçün şadıq. Bu oyun bizim üçün dərs olmalıdır. Qoldan sonra arxaya çəkilirik. Bunu aradan qaldıra bilsək, yaxşı olacaq.

- Qapıçı mövqeyində dəyişiklik nə ilə bağlı idi?
- Rəqibin oyununa görə oldu. Mehdi standart vəziyyətlərdə daha yaxşıdır.

- Kasimir Ninqanın oyunu sizi qane etdi?
- Düşünürəm ki, hücumun mərkəzində daha faydalı idi. Bəzi məqamlarda yoruldu. Çıxışı məni qane etdi.

- İlk dövrəyə baxanda komandanızın müdafiə planından razı qaldız?
- Müdafiə planı tək 4 oyunçudan asılı deyil. Bu söhbətləri xırdalasam, çox çəkəcək. Müdafiəni də komanda şəklində qurmaq lazımdır. 5 qol buraxmışıq və narazı olduğumu deyə bilmərəm. Fərdi səhvlər texnika ilə bağlıdır. Əsas olan komanda şəklində düzgün müdafiə olunmaqdır. Bir az vaxt lazımdır. Tək müdafiəçilərin üzərinə düşmək olmaz. 

- Karyeranızda ən coşğulu dəstəyi "Sumqayıt" azarkeşlərindən görmüsüz? "Neftçi"də fanatlarla aranız elə də yaxşı deyildi... 
- "Sumqayıt", "Neftçi" azarkeşlərindən böyük dəstək görmüşəm. Fanatların içində bəziləri ola bilər ki, məni sevməsin. Amma o demək deyil ki, "Neftçi" azarkeşlərini bəyənməmişəm. Sumqayıtda yaşayıram, bura mənə doğmadır. Bu komandada işləmək rahatdır. 

- "Neftçi"ni çempion etmişdiz. Yenidən iddialı komandadan olmaq istəməzsiniz?
- Olmaz, burada iddialı olaq? Əvvəli xatırlayın, bu tribunalarda azarkeş olmurdu, yavaş-yavaş artdılar. "Sumqayıt"la ikinci yerə qədər də qalxmışdıq.

- "Neftçi"nin oyununu necə dəyərləndirirsiz?
- Yenidən söhbət "Neftçi"yə gəldi. Möhtəşəm futbolçuları var. Hətta, "Qarabağ"dan daha yaxşı ola biləcək gücdədirlər.

writer photo
Əlirza Əlirzalı
0