“Neftçi”nin transfer etmək istədiyi daha bir futbolçu bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Saldanya kimi tanınan Mateus Bonifasionun xidmətində maraqlıdır.
23 yaşlı braziliyalı vinger “ağ-qaralar”ın məşqçilər korpusunun diqqətini çəkib. Müxtəlif mövqelərdə oynamağı bacaran futbolçu həm sağ cinah yarımmüdafiəçisi, həm hücumçu arxası, həm də sivri ucda uğurla çıxış edir.
Paytaxt təmsilçisinin keçidini bu qış reallaşdırmaq istədiyi yarımmüdafiəçinin son komandası “Cej Yunayted Tiba” olub. O, Yaponiya klubuna qədər Braziliyada “Bahia” və Çində “Çendu Junçen” klublarının da formasını geyinib.
Qeyd edək ki, Saldanya “Santos” klubunun yetirməsidir.