Santuş İsveçlə matçdan öncə media nümayəndələri ilə görüşəcək
03.09.2024 - 09:43
Santuş İsveçlə matçdan öncə media nümayəndələri ilə görüşəcək

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki tədbir qarşılaşmanın reallaşacağı arenada baş tutacaq.

4 sentyabr

İsveç milli komandası

17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

18:15. Mətbuat konfransı

Azərbaycan milli komandası

18:45. Mətbuat konfransı

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, Azərbaycan - İsveç oyunu sentyabrın 5-də, saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0