Santuşun Bakıya gəliş tarixi bəlli oldu
12.06.2024 - 12:39
Santuşun Bakıya gəliş tarixi bəlli oldu

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş sabah Bakıya gələcək. 

Bu barədə apasport.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, sabah çalışdırıcının təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, portuqaliyalı ilə müqavilənin detalları da məhz həmin tədbirdə məlum olacaq.

writer photo
Əlirza Əlirzalı
0