Savinovdan: "Hər iki tərəf səviyyə cəhətdən eynidir"
11.07.2024 - 16:20
Savinovdan: "Hər iki tərəf səviyyə cəhətdən eynidir"

“Avropa Liqasında zəif rəqib olmur. Ümumiyyətlə, avrokuboklarda zəif komanda yoxdur. “Şerif” və “Zirə”dən söhbət ediriksə, inanın, hazırda iki eyni gücdə olan komandalar qarşılaşacaq. Hər iki tərəf səviyyə cəhətdən eynidir”. 

Bu sözləri Apasport.az saytına açıqlamasında uzun illər Azərbaycanda legioner həyatı yaşamış Aleksey Savinovdan deyib.

Moldova millisində də oynamış sabiq “Bakı”lı Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Şerif” – “Zirə” oyunundan gözləntilərini bölüşüb. O, şansları dəyərləndirərkən təmsilçimizin az qol buraxmasına diqqət çəkib:

“Hamı başa düşür ki, Azərbaycan futbolu çox inkişaf edib. Son illərdə bunu görmək mümkündür. Ona görə də, məncə, kimsə “Şerif”in “Zirə” ilə oyunlarının asan keçəcəyini düşünməz. “Şerif” indi o qədər də yaxşı dönəmində deyil. Çünki çoxlu dəyişikliklər var, onlara zaman lazımdır. “Zirə”nin futbolçuları isə bir-birini daha yaxşı anlayır, daha yaxşı başa düşür. Rəşad Sadıqov özü də, çox səliqəli, diqqətli müdafiəçi olub. Onun baş məşqçisi olduğu “Zirə” də az qol buraxır. İki çox maraqlı oyun bizi gözləyir. Necə olacağını hər halda, yaxın vaxtlarda görəcəyik”.    
 

writer photo
Əlirza Əlirzalı
0