"Səbail" "Fakel"ə qarşı
15.01.2024 - 11:23
"Səbail" "Fakel"ə qarşı

Mövsümün ikinci yarısına hazırlıqları davam edən “Səbail” bu gün Rusiya təmsilçisi ilə növbəti yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Şahin Diniyevin komandası Antalyada “Fakel”lə görüşəcək.

Bu, "dənizçilər"in Türkiyədəki ikinci sınağı olacaq.

Görüş Bakı vaxtı ilə 18:00-da “Miracle Resort” hotelinin idman mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Səbail”ın “Universitatea Kluj”la (Rumıniya) keçirilən ilk yoxlama oyununda qolsuz bərabərlik qeydə alınıb. 

writer photo
Əlirza Əlirzalı
0