"Səbail" "Turan Tovuz"un futbolçusunu transfer etdi
04.06.2024 - 13:22
"Səbail" "Turan Tovuz"un futbolçusunu transfer etdi

"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, son olaraq "Turan Tovuz"da çıxış edən Fərid Nəbiyevlə 1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu karyerasında “Slaviya" (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya" (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib.

Qeyd edək ki, bu "Səbail"in yeni mövsüm üçün ilk transferidir.

writer photo
Əlirza Əlirzalı
0