"Səbail"in sabiq futbolçusu "Zirə"də çalışacaq
05.09.2024 - 10:31
"Səbail"in sabiq futbolçusu "Zirə"də çalışacaq

Karyerasını bitirən Ağabala Ramazanovun yeni iş yeri məlum olub.

Apasport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Zirə”nin akademiyasında məşqçi kimi çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağabalanın son klubu “Səbail” olub. O, 2020-2023-cü illərdə “Zirə”də forma geyinib. 

 

writer photo
Əlirza Əlirzalı
0