Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
01.06.2024 - 11:49
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

Şahmatçımız Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində 2 pillə irəliləyib.

Apasport.az xəbər verir ki, o, yenilənən FIDE reytinqinin 16-cı pilləsində qərarlaşıb. 

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov isə (2651) 82-ci pillədədir. 

Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0