“Şemrok Rovers” “Qarabağ” qədər güclü deyil”
19.08.2022 - 12:17
“Şemrok Rovers” “Qarabağ” qədər güclü deyil”

“Çempionlar Liqası ilə vidalaşmaq böyük məyusluq oldu, lakin yolumuza Avropa Liqasında davam etdirəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın “Ferensvaroş” klubunun müdafiəçisi Lorand Paşka Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” üzərində 4:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

26 yaşlı sol cinah oyunçusu İrlandiya klubunu Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olduqları “Qarabağ”la müqayisə edib: “Qarabağ”a yenilgidən sonra həftəsonu matç bizə kömək oldu. “Fehervar” üzərində qələbə komandaya özünəinamı qaytardı. Bu dəfə də eyni hesabla qalib gəldik. Etiraf etməliyəm ki, “Şemrok Rovers” “Qarabağ” qədər güclü komanda deyil”.

Qeyd edək ki, “Ferensvaroş” “Qarabağ” ümumi nəticədə 2:4 (1:1, 1:3) məğlub olaraq, Çempionlar Liqası ilə vidalaşıb.

writer photo
Əlirza Əlirzalı
0