"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarılıb
03.07.2024 - 17:06
"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Şerif” (Moldova) – “Zirə" matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti 50 - 250 rubl (5-27 manat) aralığında olacaq.

Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

writer photo
Əlirza Əlirzalı
0