"Sevilya" - "Roma" finalı
19.05.2023 - 01:34
"Sevilya" - "Roma" finalı

Avropa Liqasının finalında "Sevilya" və "Roma" qarşılaşacaq.

Apasport.az saytı xəbər verir ki, turnirin altıqat qalibi olan sevilyalılar "Yuventus"u əlavə vaxtda məğlub ediblər.

Meydana sonradan daxil olan Erik Lamela "Sevilya" - "Yuventus" cütünün taleyini həll edib. Onun ötürməsindən sonra hesab bərabərləşib. Əlavə vaxtda isə argentinalı futbolçu qələbə qolunun müəllifi olub.

Evdə minimum hesablı qələbə qazanan "Roma" səfərdə üstünlüyünü qoruyub. Leverkuzendə keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, final matçı mayın 31-də Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Avropa Liqası

Yarımfinal, cavab oyunları 

"Sevilya" - "Yuventus" - 2:1 (əlavə vaxtda)

Qollar: Suso, 72. Lamela, 95 - Vlahoviç, 65

İlk oyun - 1:1

"Roma" - "Bayer" - 0:0

İlk oyun - 0:1

writer photo
Əlirza Əlirzalı
0