Soni Mustivar: “Bu, son illərdəki ən yaxşı “Neftçi”dir” - MÜSAHİBƏ
29.04.2023 - 16:44
Soni Mustivar: “Bu, son illərdəki ən yaxşı “Neftçi”dir” - MÜSAHİBƏ

"Neftçi"nin sabiq futbolçusu Soni Mustivarın apasport.az saytına müsahibəsi

- Komandanı dəyişmisən. "Genyon"da işlərin necə gedir?
- İşlərim yaxşı gedir. Hər şey qaydasındadır. 

- "Neftçi"nin çıxışını izləyirsən? Komanda bu mövsüm Premyer Liqada çempionluq şansını itirib. Səncə, "Qarabağ"la niyə mübarizə apara bilmirlər?
- Bütün matçlarını izləmək imkanım olmasa da, çalışıram ki, qaçırmayım, baxım. Fikrimcə, komanda ən yaxşısı uğrunda oynamağa davam edəcək və işinin öhdəsindən gələcək. Laurentsiu Regekampf yaxşı iş görür və gələn il daha rəqabətli olacaqlar. Bu, son illərdəki ən yaxşı “Neftçi”dir. Əminəm ki, işlərinin öhdəsindən gələcəklər. 

- Səncə, "Qarabağ"la mübarizə aparmaq çox çətindir? Bir vaxtlar sən də onlara qarşı oynamısan. Həmin görüşləri necə xatırlayırsan?
- “Qarabağ” çox güclü rəqibdir. Xüsusən də uzunmüddətli perspektivdə çox səhv etmirlər. Onların oyunu alınır. Buna görə də, “Qarabağ” bu qədər inamlı və yaxşı oynayır. Bu mənada, necə oynadıqlarını görürük və uzun illərdir belə davam edir. 

- "Neftçi" Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq. Səncə, sabiq titul qazana biləcək?
- Mən 100 faiz “Neftçi”yə azarkeşlik edəcəm. Onların finala vəsiqə qazanması heyrətamiz idi. Kapitan Emin Mahmudov fantastik səviyyədə oynayır, əla performans göstərir. Ümid edirəm ki, “Neftçi” kuboku qazanaraq azarkeşlərlə birlikdə bunu bayram edəcək.

- Bəs komanda titul qazana bilməsə, mövsüm uğursuz hesab olunacaq?
- Futbol kimi idmanda uğursuzluğu qiymətləndirmək çətindir. Çünki biz kubokla deyil, kuboksuz daha çox illər oynayırıq. Onlar bundan imtina etsəydi, o zaman uğursuzluq hesab etmək olardı. Əks halda, belə demək doğru deyil. Hər halda, “Neftçi” də titullar uğrunda mübarizə aparır.
 
- Həmyerlin, millidən komanda yoldaşın Donald Gerye yenidən Azərbaycana qayıtdı. Sən də onun kimi Azərbaycana qayıda bilərsən, yoxsa təklifin yoxdur?
- Xəbərim var. Amma mənə hələ ki, Azərbaycandan təklif almamışam. Buna görə də, bir söz deyə bilmərəm. Lakin hər zaman təkliflərə açığam.

writer photo
Əlirza Əlirzalı
0