“Qarabağ”ın forvardı Juninyo Olavio üçün sonuncu təklif “Srvena Zvezda”dan gəlib.
Apasport.az saytına verilən məlumata görə, Serbiya nəhəngi braziliyalı forvardı heyətinə qatmaq üçün ciddi addımlar atmağı planlaşdırır.
Belqrad klubunun baş məşqçisi Vladan Miloyeviç şəxsən özü Juninyonu sərəncamında görmək istəyir və bununla bağlı, rəhbərliyə də məlumat verib.
“Srvena Zvezda” Juninyo üçün 3 milyon avro təklif edəcək. Onların daha çox təzminat ödəmək istəyində olmadığı iddia olunur.
Qeyd edək ki, Juninyonu “Beşiktaş” və “Braqa” da heyətinə qatmaq istəyir. Onun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil.
“Atletiko Paranaense”, “Portimonense”, “Novorizontino”, “Fiqueyrense”, “Villa Nova”, “Eştoril”, “Şaveş”də oynamış 27 yaşlı hücumçu 2023-cü il iyun ayında “Qarabağ”a keçib. Onun Ağdam klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.