Stolüstü tennis millimiz ilk dəfə Avropa çempionatına qatılacaq
23.01.2024 - 10:48
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qitə birinciliyində ölkəmizi 2 idmançı təmsil edəcək.
Apasport.az xəbər verir ki, turnir yanvarın 14-də başlayacaq.
21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatına qatılacaq.
Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar.
Qeyd edək ki, hər iki idmançı şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələnib.
0
0