"Sumqayıt" futbolçusu ilə müqaviləni yeniləmədi
13.07.2024 - 16:44
"Sumqayıt" futbolçusu ilə müqaviləni yeniləmədi

"Sumqayıt"ın futbolçusu Kamran Əliyev komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, "kimyaçılar"la müqaviləsi başa çatan Azərbaycanın U-21 millisinin sabiq üzvünün yeni klubu da bəlli olub.

25 yaşlı hücumçu Rusiyanın "SKA-Xabarovsk" klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin yayında Tula "Arsenal"ından "Sumqayıt"a keçən Kamran Əliyev 2021-2022 mövsümündə də "SKA-Xabarovsk" klubunda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0