Daha bir millinin qapıçısı Premyer Liqaya keçdi
02.02.2024 - 13:59
Daha bir millinin qapıçısı Premyer Liqaya keçdi

Avstraliya millisinin qapıçısı Co Qauçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Apasport.az xəbər verir ki, 23 yaşlı qolkiperin yeni iş yeri "Aston Villa" olub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu ilə 2028-ci ilə kimi uzunmüddətli müqavilə imzalanıb. Transfer məbləği 1,5 milyon avro təşkil edib.

Qauçi hazırda Avstraliya millisinin heyətində Asiya Kubokunda çıxış edir.

Avstraliyalı çərçivə qoruyucusundan öncə isə Belçika millisinin qapıçısı Matz Selsi Premyer Liqa komandası olan “Nottingem Forest”ə keçib. 

writer photo
Əlirza Əlirzalı
0