"Sumqayıt" legioneri ilə yollarını ayırdı
12.06.2024 - 11:56
"Sumqayıt" legioneri ilə yollarını ayırdı

"Sumqayıt" klubu legioneri Abu Dosso ilə yolları ayırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Rəhbərlik Kot d’İvuarlı futbolçu ilə yeni müqavilə bağlamayıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən "Sumqayıt" klubunun uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçı olmaqla ümumilikdə 32 oyunda iştirak edib. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0