“Sumqayıt” qazaxıstanlı futbolçu ilə müqavilə imzaladı
19.07.2022 - 11:39
“Sumqayıt” qazaxıstanlı futbolçu ilə müqavilə imzaladı

“Sumqayıt” yay fasiləsində daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca son olaraq Qazaxıstanın “Maktaaral” klubunda çıxış edən cinah yarımmüdafiəçisi Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Kayrat”ın yetirməsi olan Rifat karyerası boyunca “Jetısu” və “Aktobe” klublarında da çıxış edib. 26 yaşlı futbolçu Qazaxıstanın U-21 millisinə də dəvət alıb.

writer photo
Əlirza Əlirzalı
0