"Sumqayıt" Türkiyəyə YOLLANDI
06.01.2024 - 17:56
"Sumqayıt" Türkiyəyə YOLLANDI

"Sumqayıt" ikinci dövrəyə hazırlıqları davam etdirmək üçün Türkiyəyə yollanıb. 

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Sumqayıt komandası təlim-məşq toplanışlaraını Antalya şəhərində davam etdirəcək. 

Samir Abbasov futbolçularını 2 yoxlama oyununda sınayacaq. 

İlk qarşılaşma yanvarın 12-də Rumıniyanın "Hermanştadt", digəri isə 16-da Özbəkistanın "Soqdiana" klubu ilə baş tutacaq. 

writer photo
Əlirza Əlirzalı
0