“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasının X turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub. Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.
Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.
Qeyd edək ki, “Sumqayıt” son iki oyununu “Sabah”a (1:3, 1:0) qarşı keçirib.