"Sumqayıt"ın rəqibindən darmadağın
11.07.2024 - 22:36
"Sumqayıt"ın rəqibindən darmadağın

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar" hazırlıq matçına çıxıb.

Apasport.az xəbər verir ki, Macarıstan təmsilçisi Bolqarıstanın "Hebar" komandası ilə qarşılaşıb.

Oyun “Fehervar”ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Macarların qollarını Kristensen, Katona, Peto, Larsen və Kovaç vurublar. 

Qeyd edək ki, "Sumqayıt" iyulun 25-də öz meydanında “Fehervar”ı qəbul edəcək. Cavab matçı ayın 31-də səfərdə baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0