“Sürix”in ulduz futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
25.07.2022 - 13:20
“Sürix”in ulduz futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix”in yarımmüdafiəçisi Blerim Dzemaili zədələnib.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İsveçrə klubunun baş məşqçisi Franko Foda verib.

Çalışdırıcı bildirib ki, ulduz futbolçu ölkə çempionatının II turunda “Lütsern”lə qarşılaşmada ayağından xəsarət alıb. Onun sözlərinə görə, 0:0 hesabı ilə başa çatan görüşdə son 20 dəqiqəni meydanda keçirən 36 yaşlı orta sahə oyunçusu əzələ problemi ilə üzləşib: “Dzemaili oyundan sonra mənə əzələsində ağrılar hiss etdiyini dedi. Onun “Qarabağ”la cavab matçında iştirakı sual altındadır. Vəziyyətinin nə dərəcədə ciddi olduğunu müayinədən sonra biləcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0