Taekvondoçularımız növbəti sınaqda
26.11.2023 - 17:14
Taekvondoçularımız növbəti sınaqda

Kişilərdən ibarət Taekvondo üzrə Azərbaycan millisi daha bir möhtəbər turnirdə qüvvəsini sınayacaq.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək “Balkan Cup” beynəlxalq turnirində iştirak edəcək.

Ölkəmiz turnirdə 5 idmançı ilə təmsil olunacaq. Taekvondoçularımız yarışda baş məşqçi Məmməd Abddullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında mübarizə aparacaqlar.

writer photo
Əlirza Əlirzalı
0