Taekvondoçularımızdan üç medal
12.05.2023 - 09:35
Taekvondoçularımızdan üç medal

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Avropa Multi Oyunlarına start verilib. 

Apasport.az saytı Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günü dayanq üzərinə gənc idmançılar çıxıblar. 

Məmməd Abdullayevin rəhbərliyi etdiyi Azərbaycan millisi yarışı 3 medalla başa vurub. Komandamızın heyətində Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə Oyunları bürünc mükafatla bitirib. 

Qeyd edək ki, yarışın ikinci günündə yeniyetmə taekvondoçular qüvvəsini sınayacaq. Yığmamız bu mübarizədə 8 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.
 

writer photo
Əlirza Əlirzalı
0