Taekvondoçumuz dünya çempionatının 1/4 finalında məğlub oldu - YENİLƏNİB
03.06.2023 - 15:08
Taekvondoçumuz dünya çempionatının 1/4 finalında məğlub oldu - YENİLƏNİB

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. 

Apasport.az saytının məlumatına görə, mundialın altıncı günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub. 

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşüb. Görüş Qafarovun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda xorvatiyalı Marko Qolubiçlə münasibətinə aytınlıq gətirib.  Taekvondoçumuz dünya çempionuna 1:2 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb. 

62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb. 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. 

writer photo
Əlirza Əlirzalı
0